Polis Hacıqabulda şagirdlərlə maarifləndirici görüş keçirdi - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 10 saylı Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov çıxış edərək ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb. O, bildirib ki, bu qanunsuz əməllə məşğul olan hər bir şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılır və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülür. Siz şagirdlər isə belə şəxslərdən kənar gəzməli, digər şəxslərə örnək olmalı və təhsilinizdə daima uğurlar qazanmalısız.
Görüşdə çıxış edən digər iştirakçılar şagirdlərə dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda “ağ ölüm”ün zərərlərini əks etdirən videoçarx nümayiş olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














