Polis məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - AÇIQLAMA

Sosial şəbəkələrdə polis əməkdaşının məhkəmə qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutması ilə bağlı ziddiyyətli fikirlər yayılıb. İddia olunur ki, hətta hüquq mühafizə orqanları əməkdaşları məhkəmə qərarı olmadan cinayət törətmiş şəxsi saxlaya bilməz. Əslində, bu proses necə həyata keçirilə bilər və polis hansı halda cinayət törətmiş şəxsi tuta bilər?
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, polis əməkdaşı məhkəmənin qərarı olmadan istisna hallarda hər hansı şəxsi təxirəsalınmadan tuta bilər: "“Polis haqqında” Qanuna görə, şəxs cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalandıqda, hadisəni bilavasitə görənlər, o cümlədən zərərçəkmiş şəxslər məhz həmin şəxsin cinayət törətdiyini göstərdikdə, şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin izləri tapıldıqda təxirəsalınmadan polis onu tuta bilər".
E.Hacıyev əlavə edib ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












