Polis Nizami rayonunda cibgirləri tutdu

Nizami rayonunda polis qanun pozuntularına qarşı silsilə əməliyyatlar keçirib. Avtosfer.az xəbər verir ki, polisə müraciət edən Bakı şəhər sakini Nizami rayonu ərazisində yerləşən parkda cibindən mobil telefonunun, içərisində 473 manat pulu və bank kartı olan pulqabısının oğurlandığını, sonradan isə həmin kartından 49 manatının çıxarıldığını bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Əsədullayev müəyyən olunaraq saxlanılıb.
24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə iyulun 25-də bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən E.Rəfiyev, rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2000 manat pulunu oğurlamaqda, bir evdən isə 5000 ABŞ dolları və 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












