Polis prezidentin həbsini öz üzərinə götürməkdən imtina edib

Koreya Respublikasının Korrupsiyaya qarşı İstintaq İdarəsi (CIO) prezident Yun Sok Yolun həbs orderinin icrasını polisə həvalə etməyə cəhd etdikdən sonra polis təkbaşına bu məsuliyyəti öz üzərinə götürməkdən faktiki olaraq imtina edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Hüquqi yoxlamadan sonra biz həbs orderinin tətbiqi ilə bağlı Korrupsiyaya qarşı İstintaq İdarəsindən daxil olan bildirişin hüquqi cəhətdən mübahisəli məzmuna malik olması qənaətinə gəldik. İdarə ilə həbs orderinin tətbiqi barədə məsləhətləşmələri davam etdirməyi qərara aldıq", - polis xüsusi istintaq qrupu rəhbərinin müavini bildirib.
Agentliyin məlumatına görə, polis faktiki olaraq orderin icrasından imtina etmək niyyətini nümayiş etdirib. CIO yanvarın 5-dən 6-na keçən gecə Koreya Respublikasının prezidenti Yun Sok Yolun qiyam işi üzrə həbs orderinin icrasını polisə həvalə etməyi qərara alıb. Orderin müddəti yanvarın 6-da başa çatır. İdarə onun müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












