Polisə rüşvət verilməsi ilə bağlı xəbər haqda - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi yayımlanan xəbərə reaksiya verib. DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə saytımıza bildirib ki, şikayətçi Sumqayıt şəhər sakini Cavid Nəsirovun 16-cı mikrorayonda yerləşən həyət evindən oğurlanmış qızıl-zinət əşyalarının tapılması üçün polis əməkdaşlarına rüşvət verməsi barədə iddiaları böhtan xarakterlidir: “Həqiqətən naməlum şəxs(lər) cari il martın 20-də Xələf Nəsirovun yaşadığı, Sumqayıt şəhəri 16-cı mikrorayonda yerləşən mənzilin birinci mərtəbəsindən evə daxil olaraq, həmin mənzildən sonuncuya məxsus qızıl-zinət əşyalarını və 1 ədəd fotoaparatı oğurlayıb(lar).
X.Nəsirovun ərizəsi əsasında Sumqayıt ŞPİ-nin 1-ci PB-də toplanmış materiallar üzrə İdarənin İstintaq şöbəsində bu il aprelin 6-da Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli şəxs qismində Vüsal Əhmədov müəyyən edilərək tutulub. İstintaqla o da müəyyən edilib ki, Vüsal Əhmədov özgənin əmlakını talamaq məqsədi ilə 20 mart 2017-ci il tarixdə saat 21:30-da Xələf Nəsirovun yaşadığı evə qanunsuz daxil olub, həmin mənzilin birinci mərtəbəsində yerləşən yataq otağındakı saxlanc yeri hesab olunan paltar və xırdavat dolabından sonuncuya məxsus 50000 manat dəyərində qızıl-zinət əşyalarını və 1 ədəd dəyəri 1500 manat olan “Canon” markalı fotoaparatı gizli yolla talayaraq, ev sahibinə külli miqdarda ziyan vurub. Aprelin 8-də baş müstəntiq Ə.Əhmədli tərəfindən V.Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan ittiham elan olunub, barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən V.Əhmədov təqsirləndirilən, X.Nəsirov isə zərərçəkmiş şəxslər qismində tanınaraq ifadələri alınıb, həmçinin iş üzrə şahidlər dindirilib, təqsirləndirilənin ifadəsi yerində yoxlanılıb, kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınıb.
Təqsirləndirilən V.Əhmədov oğlu ifadəsində oğurladığı qızıl-zinət əşyalarını özü ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına apardığını, orada həmin qızıl-zinət əşyalarının bir hissəsini Dərbənd, qalan hissəsini isə Mahacqala şəhərlərində bazarlarda satdığını, oğurluq qızılların satışından əldə etdiyi vəsaiti özü üçün xərclədiyini bildirib. İstintaq zamanı zərərçəkmiş Xələf Nəsirova dəymiş maddi ziyanın təqribən 2 min manatı ödənilib.
Hazırda həmin fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Xatırladaq ki, C.Nəsirov “Qafqazinfo”ya müraciət edərək iddia etmişdi ki, oğrunun tutulması üçün polis rəisinin müavininə 3 min manat rüşvət verib.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










