Polisin cərimə meydançasında biabırçılıq – FOTO

Yol polisinin cərimə meydançasında biabırçılıq olub. Avtosfer.az xəbər verir ki, mühafizə olunan bir obyektdə baş verənlər barədə criminal.az-a zərərçəkmiş Vüqar Allahverdiyev danışıb.
Bildirib ki, dializ xəstəsi olan anası üçün sentyabrın 25-də Bakı şəhərində xəstəxanaya gəlib. Dializdən sonra səhəri gün Lerikdə ziyarətgaha gedən zaman qəzaya düşüb. Ələt-Astara yolunun Lənkəran rayonu, Qumbaşı ərazisində özünə məxsus 90 XA 997 dövlət qeydiyyat nişanlı maşını ilə qəza törədib. Qəzadan sonra əzilmiş avtomobili yol polisi tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndi ərazisindəki cərimə meydançasına aparılıb.
Orada maşınını Arif adlı şəxs və onun gözətçisinə təhvil verib. Oktyabrın 2-də maşınını cərimə meydançasından çıxarmağa gedəndə gördüyü mənzərədən dəhşətə gəlib. Maşının yük yerindəki əşyalar aparılıb, təkərləri sökülmüş vəziyyətdə olub.
"Hətta o qədər ağılsız oğurluq ediblər ki, maşının təkərlərini çıxararaq yerini boş qoyublar. Sovet dövründə deyərdilər ki, mənim milisim məni qoruyur. İndi isə əksinədir, polisim məni soyur. Bunu hər polisə aid etmək olmaz. Düzdür, Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmanov anamın vəziyyətinin ağırlaşdığını görüb cibindən pul verərək köməklik etdi, müalicəsini nəzarətə götürdü. Ancaq başıma gətirilən problemim həll olunmayınca mübarizə aparacam", - deyə şikayətinə əlavə edib.
V.Allahverdiyiv başına gələnlərlə bağlı baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Masallı Rayon Polis Şöbəsinin rəis müavini Haqverdi Zeynalov criminal.az-a açıqlamasında bildirdi ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin oğurluq (177.2.3-cü) maddəsi ilə cinayət işi başlanıb, hələlik saxlanılan yoxdur.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












