Polislər taksi sürücülərinin qarşısında aciz qaldı – Biabırçılıq - FOTO

Jurnalist Əzizə İsmayılova «28 May» metrostansiyasının yaxınlığındakı «28 Mall» ticarət mərkəzinin qarşısında piyada keçidinə svetofor qoyulandan sonra yaranmış biabırçı vəziyyəti və orada xidmət aparan polislərin bu vəziyyətə səhlənkar yanaşmasını ifşa edib. Avtosfer.az-ın məlumatına görə, xanım jurnalist özünün facebook səhifəsində yazıb ki, dünən «28 Mall»ın qarşısında təxminən 10 dəqiqə müşahidə aparıb: «Bombey küçələrinə bənzəyir. Binanın qarşısında 4 polis xidmətdədir. İki nəfər yeni qoyulan svetoforun altında dayanıb piyadaları cərimələməklə məşğuldur. 1 polis qarşıda gördüyünüz maşında oturub, 1 polis isə «28 Mall»ın aşağı çıxışında durub.
Polisin dizinin dibində taksilər 2-ci zolaqda və zebranın düz yanında necə gəldi park ediblər. Şəkil çəkdiyimi görən bir taksi sürücüsü az qala üstümə şığıdı. Baxmayaraq ki, maşınından aşağıda durmuşdum, səsini atdı başına: "Mənim maşınımı niyə çəkirsən?"
- Əvvəla, səsinizi aşağı edin, ikincisi, sənin maşının yuxarıdadır. Üçüncüsü, mən jurnalistəm və bu, mənim işimdir. Dördüncüsü, sənin və digərlərinin burada park etmək haqqınız yoxdu. Sizə görə bu qədər maşın tıxaca düşür və keçib gedə bilmir. Polisin gözü önündə qanunu pozursunuz və niyəsə polis bunu görmür. Biz deyəndə də sübut istəyirlər. Çəkirəm ki, sübut olsun. Aydın oldu, yoxsa sadalayım yenə?".
Sürücü səsini başına atdı: «Ə, səə nə var, nətəri saxlayıram?! Ayə, maşınımıvızı çəkir. Gəlin».
Daha 3 sürücü yaxınlaşdı. Onlara da eyni şeyi deyirəm. Baxmayaraq ki, bu həngamə 2 polisin gözü qabağında baş verir, bir gözüm polislərdədir, amma onlar reaksiya vermir. Mənsə gözləyirəm və çığır-bağır salıb əlimdəki planşeti almağa çalışan sürücülərə səbrlə cavab verirəm. Axırda polisdən biri məcburən dillənməli oldu:
- Xanım, nə olub, problem nədi?"
- Bilmirəm. Mən də problemin nə olduğunu öyrənmək istəyirəm. Siz burda 4 əməkdaş xidmət aparırsınız. Gözünüzün qarşısında bu boyda pozuntu var. Görürsünüz ki, 2-ci zolaqda, az qala zebranın üstündə park ediblər. Zebra ilə maşın arasında cəmi 2 addım məsafə var. Orada "Qadağan" nişanı var, amma kim necə istəsə park edib. Prospektdən düşən maşınların bir ucu Azərbaycan Dillər Universitetinə dirənib. Keçə bilmirlər. Bayaqdan müşahidə edirəm, bu boyda siqnal səsi sizi narahat etmir? Necə olur, zebrada durub yolu keçən piyadaya cərimə yazırsınız, amma ətrafınızdakı bu boyda qarmaqarışıqlığı görmürsünüz?».
Polisin biri üzünü yana çevirdi, eşitməzdən gəlib aralandı. Digəri isə: "Düz deyirsiniz, xanım" dedi və hər ikisi yolu əks tərəfə keçdi...
Əminəm ki, əraziyə nəzarət edənlər durumdan xəbərsizdilər. Təklif edirəm, bir halda ki, məsələni həll etməkdə bu qədər acizdilər, onda bunu biruzə verməmək üçün ya onsuz da heç kimin saymadığı o "Qadağan" nişanlarını ordan götürsünlər, ya da ərzidə xidməti ləğv etsinlər».
Emin
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi












