Polislər tərəfindən qazilərə təzyiq edilib? - DİN-dən AÇIQLAMA - FOTO

Bakı şəhəri Nəsimi rayonunda qazilərə polislər tərəfindən təzyiq edildiyi iddia olunub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, onlar sənədlə parklanma fəaliyyəti ilə məşğul olsalar da, maneə törədilib.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, paytaxtın Nəsimi rayonunda hərəkətin intensiv olduğu küçədə qanunsuz parklanma fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında tədbirlər görülür:
“Bir qrup müharibə veteranı tərəfindən əhalinin və avtomobillərin intensiv hərəkət etdiyi əsas küçələrdən birində qanunsuz və intizamsız parklanma hərəkətin fasiləsiz təşkilində bir sıra çətinliklər yaradıb. Bunu nəzərə alaraq, bu qanunsuz fəaliyyətin qarşısı alınmaqla, aidiyyəti icra orqanları tərəfindən həmin fəaliyyəti təşkil edən şəxsləri qayğılandıran halların aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.
Polis əməkdaşları tərəfindən onlara qarşı təzyiq edilməsi iddialarına cavab olaraq, N.Əliyev bildirib ki, daxili işlər orqanlarında minlərlə Vətən müharibəsi iştirakçısı xidmət edir:
“Tək sıralarımızda olanlar yox, hər bir veteranı maraqlandıran məsələyə qanun çərçivəsində tərəfimizdən dəstək verilir, onlara hörmət göstərilir.
Hansısa müharibə veteranına təzyiq edilməsi iddiası mübahisəlidir, həqiqəti əks etdirmir. Hüquq qaydasının qorunmasına məsul olan polis əməkdaşları qanunla üzərlərinə düşən vəzifələri icra edirlər. Ərazini kütləvi şəkildə zəbt etməklə digər şəxslərin hərəkətinə maneə yaradılması hüquq pozuntusudur və buna görə qanunamüvafiq tədbirlər görülür”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












