Polislər yaşlı kişini xəstəxanalıq etdi - GƏNCƏDƏ

Azərbaycanda polislər yaşlı kişini döyərək xəstəxanalıq ediblər. Xudiyeva Naibə Sədrəddin qızının anspress-ə bildirdiyinə görə, iki polis onun həyat yoldaşı Əmiraslanov Yuri İslam oğlunu vəhşicəsinə döyüblər. Naibə Xudiyevanın sözlərinə görə, onun həyat yoldaşı maşınla evə gələrkən onun qarşısında polis maşını dayanıbmış. Yuri Əmiraslanov yolun verilməsi üçün siqnal verib. Bu isə polislərin xoşuna gəlməyib. Kəpəz rayonunda 5-ci mikroyanda, bina 6-nın qarşısında iki polis 70 yaşlı Yuri Əmiraslanov döyüblər. Əmiraslanov yaxnları tərəfindən 3 nömrəli şəhər xəstəxanasına aparılıb. O, travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə onun vəziyyəti normaldır. Naibə Xudiyevanın sözlərinə görə polislərdən birinin adı Uğur, digərinin adı isə Ruslandır. Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zəngə cavab verən olmadı.
Mövzunu diqqətdə saxlayacağıq...
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










