"Prado"su olan sürücüyə "07"nin cəriməsi göndərildi - Özü də iki dəfə - VİDEO

Törətmədiyi qayda pozuntusuna görə sürücünün ünvanına protokol göndərilib. Üstəlik, protokolda göstərilən avtomobil ona məxsus deyil. Ucar sakini Telman Cəfərov ona qanunsuz 20 manat miqdarında cərimə yazıldığı üçün şikayətçidir. Dediyinə görə, bir neçə həftə əvvəl Ucar rayonu Boyat kəndində olan ünvanına dayanma-durma qaydasının pozumlası ilə bağlı inzibati protokol göndərilib. Telman Cəfərov protokolda göstərilən avtomobilin ona məxsus olmadığını deyir. Protokolda Telman Cəfərovun adı yazılıb. Qayda pozuntusunun isə Qazax şəhəri Heydər Əliyev prospektində törədildiyi əksini tapıb. Lakin o, həmin vaxtda Qazaxda olmadığını bildirir. Telman Cəfərovun iddia edir ki, belə hadisə ilk dəfə yaşanmır. 2 ay əvvəl də onun ünvanına törətmədiyi qayda pozuntusuna görə yalnış protokol gəlib. Hətta o, cəriməni ödəmədiyi üçün üzərinə faiz gəlib. İndi onu bir məsələ düşündürür, törətmədiyi qayda pozuntusuna görə cərimə silinəcəkmi?
Hüquqşunaslar belə vəziyyətdə problemin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə ərizə ilə müraciət edilməsini tövsiyə edirlər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












