Prezidenti tıxaca salan general kortejdən uzaqlaşdırıldı

Prezident İlham Əliyevin kortejinin bir neçə gün əvvəl tıxaca düşməsi dövlət başçısının hərəkətinin təhlükəsizliyinə cavabdeh olan yüksək vəzifəli şəxslərin cəzalandırılması ilə nəticələnib. Avtosfer.az xatırladır ki, həmin insident Prezident İlham Əliyev Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı vermək üçün bu ölkənin Bakıdakı səfirliyinə gedərkən baş vermişdi. Prezidentin kortejini həmişə olduğu kimi bu dəfə də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov müşayiət edib. Lakin general H.Şirinovun sürücüsü səhlənkarlığa yol verib, nəticədə prezidentin korteji Teymur Əliyev küçəsində tıxaca düşüb. Prezident kortejini müşayiət edən general H.Şirinovun əyləşdiyi avtomobilin sürücüsü yolu qarışdıraraq səhvən “Gənclik” tərəfə aparan tunelə girib. Məlumatlı mənbələrin sonradan verdiyi məlumata görə, bu insidentin əsas səbəbi generalın sürücüsünün yol verdiyi səhvdir. Sürücü lazımi döngədən dönmək əvəzinə onu ötüb keçib, bununla da əvvəlcədən hazırlanmış marşrutun planı dəyişib. Məlumata görə, Prezidentin korteji tıxacdan çıxandan sonra Həsən Şirinovun avtomobili Prezident kortejindən, generalın sürücüsü isə polis orqanlarından xaric edilib.
Qeyd edək ki, H.Şirinovun sürücüsünün yol verdiyi bu səhv ucbatından prezident İlham Əliyev təxminən 15-20 dəqiqə tıxacda qalıb. Bununla belə başda general Vaqif Axundov olmaqla prezidentin mühafizə xidməti operativlik göstərərək vəziyyətdən dərhal çıxış yolu tapıb. Nəticədə dövlət başçısının korteji tıxacdan çıxıb və yoluna davam edib.
Məlumatlı mənbələrdən sayta verilən xəbərdə deyilir ki, bu səhv general Şirinova çox baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə prezidentin kortejindən xaric edilib. Bundan sonra prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək./virtualaz
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












