Prezidentin köməkçisi Ermənistanın mina terroru ilə bağlı paylaşım etdi - FOTO

“Landmine Monitor 2023” Ermənistanı piyada əleyhinə mina istehsal edən ölkələr siyahısına əlavə edib. İrəvanın təkzibinə baxmayaraq, məhz bu fakt 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərində minaların daşınması və quraşdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı haqlı iddialarını bir daha sübut edir”.
Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında bildirib.
O, bildirib ki, texniki tədqiqlər zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında daha milyonlarla mina quraşdırdığı müəyyən edilib.
“Nəticədə 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Xatırladaq ki, noyabrın ortalarında Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ermənistanın mina istehsal edən ölkə olduğunu qeydə alıb. Bu, beynəlxalq təşkilatın hazırladığı “Landmine Monitor Report 2023” layihəsində öz əksini tapıb. Bildirilib ki, əvvəlki illərdə mina istehsal edən ölkələrin sayı 55-dən 11-ə enmişdi, ancaq Ermənistanın da mina istehsalçısı olduğu nəzərə alınmaqla 12 ölkənin mina istehsal etdiyi müəyyənləşib.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












