Prezidentin təməlini qoyduğu Eyvazxanbəyli belə olacaq - FOTO

Ağdam rayonunda yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri paylaşılıb.
Avtosfer.az xəbər verir ki, görüntüləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesablarında paylaşıb.
Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndin Baş plan layihəsi yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Sənədə əsasən, 300 hektara yaxın sahədə salınacaq Eyvazxanbəyli ərazi vahidinə görə bir-birinə yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib. Kənddə 4 038 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.
Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, birinci mərhələdə tikiləcək evlər üçün 88.3 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə salınacaq yaşayış məhəllələrinə 1 563 nəfərin köçürülməsi məqsədilə iki, üç, dörd və beşotaqlı 427 fərdi evin inşası planlaşdırılır.
Kənddə, həmçinin məktəb binası, uşaq bağçası, inzibati bina, Bayraq meydanı, tibb məntəqəsi, digər xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə digər zəruri tədbirlər də görüləcək.
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır















