Prokurorluq və ADY həmin hökmdən narazıdır - “Ziyanın məbləği çoxdur” - FOTO

Lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları dövlətə dəymiş ziyanı tam ödəyiblər.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə hökmü ilə müəyyən edilmiş 107 min manatlıq ziyanın qalan 31 min 837 manat hissəsi də təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanov tərəfindən geri qaytarılıb.
Lakin prokurorluq və ADY bununla razılaşmır, ziyanın real məbləğinin daha çox olduğunu bildirir. İttiham tərəfi bunu ibtidai istintaq dövründə aparılmış mütəxəssis rəyi ilə əsaslandırır. Həmin rəyə görə, bu cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 236 min manat təşkil edir.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası isə yeyintinin 236 min deyil, 107 min manat olduğunu müəyyən edib. Bu rəyə əsasən də hökm çıxarılıb.
.jpg)
Hazırda prokurorluq və zərərçəkmiş tərəf məhkəmə ekspertizasının rəyini qəbul etmir. Bu səbəbdən dövlət ittihamçısı protest, ADY isə apellyasiya şikayəti verib.
Eyni zamanda təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti təqdim ediblər. Eldəniz Sadıqovun vəkili Nicat Vəliyev saytımıza açıqlamasında deyib ki, bir neçə gün əvvəl ziyanın qalan hissəsi də tam ödənilib. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə qərar verəcəyinə ümid edirlər.
Şikayətlər üzrə yaxın günlərdə yeni məhkəmə başlayacaq.
Qeyd edək ki, Eldəniz Sadıqov ADY-nin Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi, Famil Soltanov isə İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib.
Onlar 70 ton yanacağın mənimsənilməsində təqsirli biliniblər. Məhkəmə hökmü ilə Sadıqov 6 il, Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










