Putin Xəzər dənizi ilə bağlı göstəriş verdi

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib.
Avtosfer.az-ın "Rossiyskaya gazeta" nəşrinə istinadən xəbərinə görə, Putin bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə deyib.
Qeyd edək ki, Xəzərin dayazlaşması problemi Rusiya və Azərbaycan prezidentlərinin bu yaxınlarda Bakıda keçirilən görüşündə müzakirə olunub.
"Mən bu yaxınlarda Azərbaycanda oldum. Bizim həmkarımız, Azərbaycan Prezidenti Xəzərin dayazlaşması məsələsinə diqqət çəkdi", - deyə Putin bildirib.
O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Həştərxan vilayəti ilə əməkdaşlıqdan müsbət yöndə danışıb.
Vladimir Putin Xəzərin dayazlaşması məsələsi ilə bağlı hökumətə göstəriş verəcəyini qeyd edib.
"Ancaq siz Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin bu qəbildən elmi təhlilini aparmaq xahişi ilə müvafiq müraciət hazırlayıb mənim adıma göndərin ki, Xəzər dənizinə kömək etmək üçün yaxın gələcəkdə nə etmək lazım olduğunu anlayaq", - deyə Rusiya prezidenti müvafiq göstəriş verib.
(oxu.az)
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












