"Qaçqınkom" keçmiş məcburi köçkünün iddialarına aydınlıq gətirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") keçmiş məcburi köçkün Orxan Fətəliyev sosial şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmaması ilə bağlı iddialara aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
"Bununla əlaqədar olaraq bildiririk ki, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev Orxan Məhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb. İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq.
Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib.
Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib".
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi









