“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) sosial mediada azad edilən ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısının kimdəsə olması məlumatının əsassız olduğunu bildirib.
Dövlət Komitəsindən verilən məlumata görə, azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində bərpa-quruculuq işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Qeyd olunub ki, qayıdış prosesi ilə bağlı hər bir məlumat “Qaçqınkom”un rəsmi saytında (idp.gov.az) operativ qaydada yerləşdirilir və sosial media hesablarında müntəzəm paylaşılır:
“Təəssüf ki, bəzi şəxslərin sosial media hesablarında Dövlət Komitəsinin səlahiyyətlərinə aid olan məsələlər barədə həqiqətə uyğun olmayan, yalan məlumatların yayılması hallarına rast gəlinir. Bu günlərdə sosial mediada bir nəfər iddia edib ki, onda işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək şəxslərin siyahısı var.
Belə məlumatların məcburi köçkünlər arasında çaşqınlıq yarada biləcəyini nəzərə alaraq bir daha bildiririk ki, vətəndaşlar işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə ilə bağlı bütün məsələlərə dair məlumatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməklə dəqiqləşdirə bilərlər”.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












