Qadın sürücünün maşınını üstünə daş düşdü - MÜBAHİSƏ YARANDI - VİDEO

Üzərinə beton parçası düşən avtomobil 12 gündür ki, hadisə yerindən götürülməyib. Hadisə ötən ayın 26-da güclü külək zamanı Səbail rayonu Badamdar küçəsi Badamdar MTK ' Dəlidağ'' a məxsus 16 mərtəbəli binanın qarşısında baş verib. Avtomobilin sahibi iddia edir ki, beton parçası məhz binanın üstündən qoparaq maşının üzərinə düşüb. Elə həmin binanın sakini olan Tamilla Qulubəyova bundan sonra bina rəhbərliyinə müraciət etsə də, onlar dəymiş ziyanı ödəməkdən boyun qaçırıblar.
Elə biz də MTK nın yerləşdiyi ofisə getdik, amma orda heç kimi tapa bilmədik.
Daha sonra MTK nın rəhbərliyi redaksiyamızla əlaqə saxlyaraq həmin beton parçasının binanın üzərindən düşməsi iddiasını qəbul etmədi. Bildirildi ki, sakinə kömək məqsədilə 200-300 manat pul təklif edilib, amma həmin xanım avtomobilin tamamilə təmir edilməsini istəyib. Elə buna görə də ona kömək edilməyib.
Hüquqşünaslar isə bu halda dəymiş ziyanın ona səbəb olan şirkət tərəfindən ödənilməli olduğunu bildirir. Əgər bu könüllü sürətdə təmin edilmirsə, tək çıxış yolu kimi şahidlərin iştirakı ilə akt tərtib etməklə həmin MTK- nı məhkəməyə vermək qalır. Məhkəmənin qərarı əsasında borcun ödənilməsi təmin edilə bilər.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












