Qafan-Gorus yolunda daha bir QADAĞA: Ermənistan və İran maşınları..

Azərbaycan hərbçiləri Qafan-Gorus avtomobil yolunun ölkəmizin qanuni ərazisinə daxil olan hissəsindən keçən Ermənistan və İran maşınlarına daha bir məhdudiyyət qoyub.
Avtosfer.az xəbər verir ki, bu haqda "Hraparak” nəşri məlumat yayıb.
Yeni qadağa ondan ibarətdir ki, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır. Bu barədə oktyabrın 1-də erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışıb.
"Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Dünən Vorotana(Urud-S.L.) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və artıq keçməyimə icazə vermədilər. Nəticədə 1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum" –deyə erməni keşiş bildirib. /// demokrat.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












