Qalmaqal - «Land Rover»lə parka girən hərbçi «avtoşluq» edib - FOTO

Dünən axşam saatlarında Lənkəranda Dövlət Sərhəd Qoşunlarının hərbçisinin hərəkətləri az qala bütün şəhəri ayağa qaldırıb. Lənkəran sakinlərinin aztoday.az-a verdiyi məlumata görə, hərbçi qara rəngli «Land Rover» markalı, 90-ZK-504 dövlət nömrə nişanlı avtomobili ilə şəhərin mərkəzində yerləşən və 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmuş Həzi Aslanovun adını daşıyan parka daxil olaraq «avtoşluq» etməyə başlayıb. Sonra isə avtomobili ilə Qala Xiyabanının ortasına gedən hərbçiyə Lənkəran sakinləri etiraz ediblər. Çünki hər iki parkda nəinki avtomobil, adicə velosiped belə sürmək qadağandır.
Lənkərandakı Sərhəd Qoşunlarında xidmət edən sürücüyə şəhər sakinləri başa salmaq istəyib ki, hərbçi ola-ola general Həzi Aslanova və əhaliyə hörmətsizlik edir. Həmin hərbçi isə cavab verib ki, «yaxşı edirəm, yenə sürərəm». Daha sonra əlavə edib ki, «o Həzi Aslanovdur, mən də üç dəfə bayraq qaldırmışam».
Lənkəranda yerli əhalinin əsəblərini tarıma çəkən hərbçinin harada bayraq qaldırdığını öyrənə bilməsək də, onu dəqiqləşdirə bildirk ki, həmin şəxsi ərazidən polis uzaqlaşdırıb. Belə ki, lənkəranlı gənclər həmin hərbçini "başa salmaq" üçün ərazidən uzaqlaşdırmaq istəyib. Həmin ərəfədə sakinlərdən biri bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətini məlumatlandırıraraq, tərbir görülməsini tələb edib. Vəziyyətin ciddiliyini nəzərə alan icra hakimiyyəti əraziyə polis göndərərək, hərbçinin saxlanılmasını tapşırıblar. «Avtoşluq» edən həmin hərbçi polislərə də məhəl qoymadan hamının eşidəcəyi tərzdə bildirib ki, məsələsini telefonla həll edəcək.
Gecə saatları olduğu üçün Lənkəran şəhər Polis İdarəsi ilə əlaqə saxlayıb Sərhəd Qoşunlarının "qəhrəman" hərbçisi barədə nə tədbir görüldüyünü öyrənə bilmədik. mid edirik ki, kimliyini hələ dəqiqləşdirə bilmədiyimiz həmin hərbçi barədə müvafiq ölçü götürüləcək. Mövzunu diqqətdə saxlayacağıq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













