Qanunsuz köşk aşkarlandı, ərazidən götürüldü - FOTO

Gəncədə qanunsuz tikililərə qarşı monitorinqlər davam edir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyata keçirilən növbəti monitorinqlər zamanı şəhərin N.Gəncəvi prospekti 26 ünvanında və Fətulla Həsənov küçəsində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan yaşayış, qeyri-yaşayış sahələri, o cümlədən Ozan küçəsində qanunsuz yerləşdirilmiş dəmir konstruksiyalı köşk aşkarlanıb. Qanunamüvafiq tədbirlərlə sözügedən obyektlərin bəzilərində aparılan tikinti işləri dayandırılıb, digərlərinin söküntüsü təmin edilib, qanunsuz köşk isə götürülürək ərazidən kənarlaşdırılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikililərlə bağlı növbəti monitorinqlər keçirilib.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












