Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirdə 34 əcnəbi saxlanıldı - FOTO - VİDEO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib.
Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən edilib.
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməldaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO













