Qanunsuz yolla Azərbaycana keçən Əfqanıstan vətəndaşları həbs ediliblər

Dövlət sərhədini qanunsuz yolla keçən Əfqanıstan vətəndaşları həbs ediliblər.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 30-da baş verib.
Belə ki, 2005-ci və 1999-cu il təvəllüdlü Əfqanıstan vətəndaşları İrandan Azərbaycanın Astara rayonunun Qapıçıməhəllə kəndi ərazisinə qanunsuz olaraq keçiblər.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, "Dayan!" çağırış komandası verilib, dövlət sərhəd xəttindən təxminən 15 metr məsafədə saxlanılıblar.
Astara Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onların cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına dair qərar qəbul edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












