Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi məsələsini müzakirə edib.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlı məsələlər olub. Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb.
Peskov, həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma ilə bağlı bir çox məqamlar üzərində işləmək lazımdır.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar aparılıb. Rusiyanı Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda təmsil edib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












