Gəncədə qonşularını yandıraraq öldürən 4 nəfərə hökm oxunub

Gəncədə tanışını yandıraraq öldürməkdə təqsirləndirilən Elməddin Kazımov, Niyaməddin Kazımov, Gündüz Kazımov və Pərviz Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Pərviz Kazımov 18 il 6 ay, Gündüz Kazımov 17 il 6 ay, Elməddin Kazımov 17 il, Niyaməddin Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü ilin iyun ayında baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə Muraz Məmmədov və Eltəkin Zeynalov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Pərviz Kazımovun qonşuluqda baş verən oğurluq hadisəsini Muraz Məmmədovun törətməsindən şübhələnməsi və bunu onun anasına deməsi olub.
Muraz Məmmədov bununla bağlı Pərviz Kazımova irad bildirib. Pərviz Kazımov isə bu irada cavab olaraq onu qətlə yetirmək üçün qohumları ilə birlikdə plan qurub.
Təqsirləndirilən şəxslər Muraz Məmmədov və Eltəkin Zeynalovla məsələni aydınlaşdırmaq adı altında görüş təyin ediblər. Pərviz Kazımov əvvəlcədən hazırladığı plana uyğun olaraq özü ilə plastik qabda benzin və dəmir boru götürüb.
Görüş zamanı təqsirləndirilən şəxslər Muraz Məmmədov və Eltəkin Zeynalovu zərərsizləşdirərək hərəkətlərini məhdudlaşdırıb, onlara dəmir boru ilə zərbələr endiriblər. Daha sonra plastik qabdakı benzini yandıraraq onların üzərinə atıblar. Nəticədə Muraz Məmmədov ölüb, Eltəkin Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıq xəsarətləri alıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












