Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS

Azərbaycanda uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə ona fiziki və psixoloji zorakılıq göstərən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilərlər.
Avtosfer.az xəbər verir ki, uşağın necə böyüməsində və davranışlarının formalaşmasında valideynlərin nəzarəti böyük rol oynayır. Bəzi valideynlər övladlarına fiziki cəza verməyi və psixoloji təzyiq göstərməyi intizam yaratmaq üsulu hesab edirlər. Lakin bu cür davranışlar uşağın psixologiyasına və gələcəkdəki davranışlarına mənfi təsir göstərə bilər.
Bəs fiziki və psixoloji zorakılıq uşaqların gələcəyinə necə təsir edir? Valideynlər övladlarını cəza vermədən necə tərbiyə etməlidirlər?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, valideynlər elə düşünürlər ki, uşağı döydükləri zaman tərbiyələndirəcəklər, əksinə uşağın düşüncəsində aqressiyanı, şiddəti daha normallaşdırır:

"Bir müddətdən sonra artıq uşaq üçün döyülmək çox da böyük bir əhəmiyyət kəsb etmir və bunun üçün də davranışlarında nəsə düzəltmə ehtiyacı duymur. Uşaq yeniyetməlik yaşına gəlib çatanda isə eyni şiddəti valideynlərinə qarşı tətbiq etməyə başlayır və aqressiv, gərgin olur. Uşaq valideynindən qorxmalı deyil, hörmət etməyi öyrənməlidir. Əgər uşaq hər hansı bir davranış sərgiləyirsə,o, davranışın altında mütləq ki, çox ciddi səbəblər olur. Uşaq etdiyi yanlış davranışın nəyə görə yanlış olduğunu bilməlidir. Təəssüf ki, bu gün uşaqlar yanlış davranışlarının əsas səbəbini dərk edə və problemin nədən qaynaqlandığını anlaya bilmirlər. Bu səbəbdən də uşaqlar daha çox səhvlərə yol verir və etdikləri davranışları adi hal kimi qəbul edirlər. Halbuki valideynlər üçün bu davranışlar ciddi və bəzən geri dönüşü olmayan yanlışlıqlar hesab olunur. Və uşağa şiddət göstərməyi qısa yol olaraq görürlər. Lakin uşaqlarla söhbət etmək, onları başa salmaq və düzgün istiqamətləndirmək valideynlərdən vaxt və səbir tələb edir. Bəzi valideynlər isə bu vaxtı övladlarına ayırmaq əvəzinə, həmin vaxtı yemək bişirməyə, telefondan istifadə etməyə, ailə üzvləri ilə danışmağa və ya başqa işlərə sərf edirlər. Təəssüf ki, bəzi valideynlər övladlarına vaxt ayırmağı ciddi problem hesab edir və buna kifayət qədər vaxtlarının olmadığını bildirirlər. Halbuki uşağın düzgün tərbiyə olunması üçün valideyn mütləq ona vaxt ayırmalı, onunla səmimi söhbət etməli və yol verdiyi yanlış davranışın mahiyyətini başa düşməsinə kömək etməlidir".
Hüquqşünas Kamandar Hüseynovun fikrincə isə, Azərbaycanda uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə fiziki və psixoloji zorakılığa yol verən, cismani əzab verən valideynlər və digər məsul şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi ilə 200 manat cərimə nəzərdə tutulur:

"Valideynlərin övladlarını tərbiyə etmək adı ilə döyməsi, təhqir etməsi və şəxsiyyətini alçaltması qanunvericiliklə qadağandır. Hətta, valideyninin övladına qarşı mənəvi və fiziki zorakılığı faktı mütəmadi xarakter daşıyarsa, istər digər valideyin, istərsə də onu təmsil edəcək valideyni olmayan şəxslər üçün yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi üzrə komissiyanın müvafiq iddiası ilə həmin valideyin valideynlik hüquqlarından məhrum oluna bilər. Uşaqlarda xəsarət alması halları aşkar olunarsa valideyin müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126,127 və 128 ci maddələrində nəzərdə tutulmuş sağlamlığa ziyan vurma maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər".
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ












