Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Bildirilib ki, 6-10 noyabr tarixlərində BBAK-dan bölgələrə 1280 reys həyata keçirilib, 37707 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 220-dən çox reys həyata keçirilib.
Biletlər avtovağzalın kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 50%-i biletlərini onlayn qaydada biletim.az portalından əldə edib.
Bakıdan bölgələrə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz çatdırılması təmin edilib.
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO












