Bakıda tanınmış iş adamını avtomobil vurdu: Komaya düşdü - VİDEO

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənlik Şükürov olub. O, avtomobilin altında qalaraq ağır xəsarətlər alıb və komaya düşüb.
Bildirilir ki, Şənlik Şükürov hadisə zamanı atasını ziyarət etmək üçün yaxınlıqdakı xəstəxanaya gedibmiş. Qardaşı ilə birlikdə xəstəxanadan çıxarkən iş adamı bədbəxt hadisə ilə üzləşib. Yol ayrıcında BMW və "Hyundai" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən BMW yoldan çıxaraq səkiyə qalxıb və yaxınlıqdakı klinikaya çırpılaraq iş adamının üzərinə aşıb. Hadisə zamanı klinikanın şüşələri də sınıb.
Altı gün komada qalan iş adamı ötən gün ayılıb.
Qeyd edək ki, Şənlik Şükürov Sumqayıtda 10-dan çox restoranın sahibidir.
Ş.Şükürov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxın adamı kimi tanınır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












