Qarabağ Dirçəliş Fondu yeni layihəyə start verdi - FOTO

Qarabağ Dirçəliş Fondu AVM-lərdə “Qarabağda Urbisid” adlı fotosərgilərə start verib.
Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin işğaldan azad olunmuş ərazidə apardıqları qeyri-qanuni fəaliyyət və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm kəsb edir.
Bu məqsədlə Qarabağ Dirçəliş Fondu ermənilərin Qarabağda törətdikləri dağıntıların görüntülərinin əks olunduğu “Qarabağda Urbisid” sərgisini mütəmadi olaraq fərqli platformlarda təşkil edir.
Fond 1-31 oktyabr tarixlərində “Gənclik Mall”, “Port Baku Mall” və “Dəniz Mall” alışveriş mərkəzlərində (AVM) ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” layihəsi əsasında erməni işğalçıları tərəfindən törədilən dağıntıların əks olunduğu “Qarabağda Urbisid” adlı fotosərgiləri bütün ictimaiyyətə açıq elan edir.
Sərgi torpaqlarımızın 30 illik işğalı dövründə xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunub.
Sərgi həftənin 7 günü saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərəcək.
Sərgiyə cəlb olunan “Bir” Tələbə-Könüllü ictimai birliyinin könüllüləri gün boyu nümayiş olunan fotoşəkillər, eyni zamanda Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə ziyarətçiləri məlumatlandıracaq.
“Gənclik Mall”, “Port Baku Mall”, “Dəniz Mall”da keçirilən sərgi Paşa İnşaat “Malls Group”un dəstəyi ilə reallaşıb.
Qeyd edək ki, işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkilləri və videogörüntülərinin yer aldığı “Karabakh.Center” internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.
Keçmişi unutmamaqla Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI


















