"Qarabağ məsələsi Ermənistanın boynuna keçirilmiş ilgək idi" - Paşinyan

BMT-dəki çıxışım zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab etdiklərimi demişəm. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, deputat Anna Qriqoryanın BMT-də bir kəlmə də olsun Qarabağdan danışmaması məzəmmətinə belə cavab verib.
Paşinyan bəyan edib ki, Qarabağ məsələsi uzun illərdir bir çox ölkələr tərəfindən Ermənistanın boynuna ilgək kimi, erməni dövlətçiliyinin aradan qaldırılması üçün alət kimi istifadə olunur. Eyni zamanda, o, müxalifəti Ermənistanın əleyhdarlarının maraqlarına əl atmaqda da ittiham edib.
“Qarabağ məsələsinə gəlincə, indi bizdən bu ilgəyi götürüb yenidən Ermənistanın boynuna atmaq istəyirsiniz. Erməni xalqı öz tarixi ilə bağlı bütün həqiqətləri bilməlidir”, - deyə Paşinyan qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












