Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu

“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində 3,367 yeni abunəçinin (3,195 ev təsərrüfatı və 172 biznes subyekti) xidmətlərə qoşulması nəticəsində Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan cari ilin iyul ayınadək azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkəsinə qoşulanların ümumi sayı 10,495 abunəçiyə (9,951 ev təsərrüfatı və 544 biznes subyekti) çatıb.
Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 11 şəhər mərkəzi, 34 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.
“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədə mövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU












