Qarabağda ilk qanın töküldüyü Əsgəran hadisəsinin arxasında nələr gizlənir? - VİDEO

Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında 1988-ci il fevralın 22-də baş vermiş Əsgəran hadisəsi və Qarabağ münaqişəsinin ilk qanlı mərhələsi təhlil olunub.
Bildirilib ki, hadisə Ağdam-Xankəndi avtomobil yolunun Əsgəran qəsəbəsi yaxınlığında baş verib. Həmin gün açılan atəş nəticəsində iki azərbaycanlı gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev həlak olub və münaqişənin ilk qurbanları kimi tarixə düşüb.
Qeyd olunub ki, hadisədən əvvəl Xankəndidə separatçı mitinqlər keçirilmiş, fevralın 20-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı müraciət qəbul edilmişdi. Bu qərarlar bölgədə gərginliyi daha da artırmışdı.
Fevral 22-də Ağdamdan Xankəndi istiqamətində hərəkət edən mülki şəxslərə atəş açılması nəticəsində ölən və yaralananlar olmuş, bununla da münaqişə faktiki olaraq silahlı mərhələyə keçmişdi.
Vurğulanıb ki, Əsgəran hadisəsi Qarabağ münaqişəsinin eskalasiyasının başlanğıcı hesab olunur və sonrakı illərdə baş verən genişmiqyaslı qarşıdurmaların ilkin mərhələsi kimi qiymətləndirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












