“Qarabağ”ın oyununa görə metro saat 1-dək işləyəcək

"Bakı metropoliteni" UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədar iş rejimində dəyişikliklər edəcək.
Qurumdan Avtosfer.az-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq.
"Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişinlərin səmti rahatlıqla müəyyən etməsi, nizamlı hərəkətini təşkil etmək məqsədilə əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq", - metropolitendən qeyd edilib.
Vurğulanıb ki, “28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbriləri görüləcək:
"Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq".
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












