Qaradağda daş karxanasında faciə, usta öldü

Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan Avtosfer.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












