Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?

"Fevralın 11-i axşam saatlarından başlayaraq yağıntıların intensivliyinin azalacağı proqnozlaşdırılır. Fevralın 12-də isə həm Bakıda və Abşeron yarımadasında, həm də regionlarda havanın nisbətən mülayimləşəcəyi və əksər ərazilərdə yağıntısız keçəcəyi ehtimal olunur".
Avtosfer.az AZƏRTAC-a istinadla məlumat verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova açıqlama verib.
Qurum rəsmisi qeyd edib ki, sabah gündüz saatlarında paytaxtda və Abşeron yarımadasında fasilələrlə yağışlı hava şəraiti hökm sürəcək. Güclü şimal-qərb küləyinin mülayim cənub-qərb küləyinə keçəcəyi gözlənilir. Havanın ən yüksək temperaturu 2-5 dərəcə isti təşkil edəcək. Rayonlarda da yağıntılı hava sabah davam edəcək. Bəzi bölgələrə qar yağması, ayrı-ayrı yerlərdə isə yağıntıların daha intensiv xarakter alması gözlənilir.
Gülşad Məmmədova əlavə edib ki, fevralın 10-dan 12-dək davam edən yağıntılı və şaxtalı hava səbəbindən, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması təhlükəsi mövcuddur.
Xatırladaq ki, hazırda respublika ərazisində hava şəraiti yağıntılı və küləkli keçir. Bir çox yerlərdə yağış, bəzi regionlarda isə qar müşahidə edilir. Qarın hündürlüyü Şahbuzda 37 sm, Qaxda 25 sm, digər rayonların əksəriyyətində isə 6 santimetrə qədərdir.
Bəzi bölgələrdə güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti Bakıda və Abşeronda saniyədə 25 metrə, Şahdağ və Neftçalada 20 metrə, Daşkəsən və Naftalanda isə 18 metrə qədər çatıb.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












