Qatar sürücüləri tətil edir

RER-B qatarlarının sürücüləri sentyabrın 24-də bütün gün davam edən tətil bildirişi veriblər.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, həmkarlar ittifaqı təhlükəsizlik qruplarının kabinələrdə olan sürücülərə qarşı həyata keçirdiyi “uyğun olmayan nəzarət və müdaxilə prosedurlarına” etiraz niyyətini bildirib.
Beləliklə, sürücülərə qarşı qeyri-adekvat davranışa görə RER-B qatarlarının sürücüləri etirazlarını tətillə ifadə etdirmək qərarına gəliblər. Tətil bildirişi dörd həmkarlar ittifaqı “La baza”, CGT, FO və “Unsa” tərəfindən təqdim edilib.
Dəmir Yolları Milli Şirkəti (SNCF) təhlükəsizlik agentləri tərəfindən iş növbəsi bitmiş RER-B sürücüsü üzərində çox ciddi yoxlamanı aparması həmkarlar ittifaqları və sürücülərin narazılığına səbəb olub.
Qeyd edək ki, RER-B Paris metropoliteninin Şimal-Şərq və Cənub-Qərb oxu boyunca bir neçə istiqamətdə marşrutu olan dəmir yolu xəttidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












