Qaxda 4 rayonda oğurluq edən şəxslər saxlanılıb - FOTO

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən pul, tütün məmulatları və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən Xaçmaz rayon sakini İsa Kərimov və Qax şəhər sakini olan yetkinlik yaşına çatmayan qız saxlanılıb.
Onlarla əlbir olan digər iki nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Araşdırma zamanı həmin şəxslərin Qax şəhəri ərazisindəki evlərin birindən tir tüfəngi, eləcə də Bərdə, Xaçmaz və Zaqatala rayonlarında yerləşən mağazalardan, evlərdən pul və ərzaq məhsulları oğurladıqları da məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, digər iki nəfərin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT















