Banner

Qaxda 4000 ədəd çətənə kolu yandırılıb

Xəbərlər 22 May 2021 12:52 Oxunub 1106
Qaxda 4000 ədəd çətənə kolu yandırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Marsan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 500 kiloqram olan 4000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh