Qaxda heyvanları oğurluq və soyğunçuluqla ələ keçirənlər saxlanılıb - FOTO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin noyabr ayı ərzində 3 dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada soyğunçuluq və oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə Ü.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












