Qayda pozan sürücülər üçün «ASAN ödəniş» sistemi yaradılır

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanunun tətbiqi barədə fərman imzalayıb. Avtosfer.az-ın məlumatına görə, fərmanda Konstitusiyanın 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 2 may tarixli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin. Bundan əlavə, NK Prezident yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “ASAN ödəniş” sistemi haqqında əsasnamənin layihəsini &uumuuml;ç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Nazirlər Kabinetinin normativ hüquqi aktlarının «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməsi, habelə, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməsi də sənəddə əksini tapıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Müəyyən edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 429-3.1-ci maddəsinin birinci cümləsində, 429-3.2-ci maddəsində, 429-3.4-ci maddəsinin ikinci cümləsində, 429-4.1-ci maddəsində, 429-4.2-ci maddəsinin üçüncü cümləsində, 429-5.4-cü maddəsinin birinci cümləsində, 429-5.5-ci maddəsinin üçüncü cümləsində, 429-5.6-cı maddəsinin üçüncü cümləsində, 429-6.1-ci maddəsində, 429-7.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 429-3.1-ci maddəsinin ikinci cümləsində, 429-6.1-ci maddəsində, 429-6.2.1-ci maddəsində, 429-6.2.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN ödəniş» sistemi nəzərdə tutulur;
İnzibati Xətalar Məcəlləsinin 429-5.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 429-6.3-cü maddəsinin ikinci cümləsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
Daxili İşlər Nazirliyi bir ay müddətində İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etməlidir. Həmçinin, DİN-ə tapşırılıb ki, İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların verilməsi və həmin məlumatlar dəyişdikdə onların yenilənməsi üçün, habelə inzibati xəta haqqında protokoldan vəsatətin və ya inzibati xəta haqqında iş üzrə qərardan şikayətin verilməsi üçün müvafiq elektron xidmətlər göstərilməsini təşkil etsin.
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq












