Qaydalardan xəbərsiz sürücülərimiz – Biri xanımdır - FOTOLAR

Ölkəmizdə illərdir sükan arxasında olsa da, yol hərəkəti qaydalarından xəbərsiz olan xeyli sürücü var. Avtosfer.az-ın "radarı"na düşən iki sürücünün fotoları bunu deməyə əsas verir. Yavər İbrahimovun Avtosfer.az-a göndərdiyi fotolardan biri Bakıda, digəri Mingəçevirdə çəkilib.
Xanım sürücünün idarə etdiyi "Hyundai" markalı, 99 XR 314 dövlət nömrə nişanlı avtomobil "Nərimanov" metrosstansiyasının qarşısında - Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində digər sürücülərə əməlli-başlı problem yaradıb. Belə ki, xanım sürücü svetoforda sağa yaşıl ox göstərən zolaği tutaraq dayanıb və bununla da arxadan gələnlərə yol verməyib. Sürücülər isə məcbur olub orta zolaqdan sağa dönüblər.
Digər sürücü isə Mingəçevir şəhərində Avtosfer.az-ın "radarı"na düşüb. Fotodan da göründüyü kimi, svetoforun qırmızı işığı yandığı halda "Chevrolet" markalı avtomobil "stop xətti" keçib. Bu azmış kimi, avtomobili asta-asta irəli hərəkət etdirir.
Fərid
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
















