Qayınananın ailəyə müdaxiləsi zorakılıq sayılacaq

Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
O bildirib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək.
Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir: "Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi".
O, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna hazırlanan dəyişiklik layihəsində həmin hissənin çıxarılmasının təklif olunduğunu söyləyib. (report)
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












