«Qaz-24»ün baqajına 6 uşaq yığıb dənizə getdi - FOTO

Bu foto avqustun 24-də Goradil qəsəbəsində çimərliyə gedən yolda çəkilib. Avtomobilin sürücüsü uşaqları sevindirmək üçün onları dənizə çimməyə apırır. Bu, yaxşı haldır. Uşaqları əyləndirmək lazımdır. Amma…
Avtosfer.az-ın məlumatına görə, 10-CZ-018 dövlət nömrə nişanlı, «Qaz-24» markalı avtomobilin baqajında 6 uşaq var. Onlar çox şad görünürlər. Bu, uşaqların xüsusiyyətidir. Böyüklər isə uşaqları qorumalıdır. Amma bu fotodakı kimi yox. Arxadan 40 km/saat sürətlə hərəkət edən maşın bu «Qaz-24»ü vursa, o uşaqların yəqin ki, həyatları puç olacaq, ölən, yaralanan… Digər tərəfdən, avtomobilin baqajı sərnişin üçün yox, yük daşımaq üçün nəzərdə tutulub.
Fotonu yaymaqda məqsədimiz o deyil ki, kimisə tutub cərimə yazsınlar, ziyan olsun. Məqsəd odur ki, qoy elə həmin sürücü özü də bu fotoya kənardan baxıb nə qədər təhlükəli bir addım atdığının fərqinə varsın. Bu foto belə xətalara yol verən valideynləri, sürücüləri xəbərdar etmək üçün yayılır. Baxın və özünüzlə yanaşı, gələcəyimiz olan uşaqları da düşünün.
Qeyd edək ki, bu fotonu facebook sosial şəbəkəsində Elnarə Məhərrəmova adlı istifadəçi paylaşıb. Onun fotoya yazdığı bu cümlələləri diqqətinizə çatdırırıq: «İstəməzdik ki, kiminsə övladının üzündəki təbəssüm onun son təbəssümü olsun. Uşaqları sevindirmək istəyirsinizsə, onların həyatını təhlkəyə atmayın».
Elməddin
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?













