Qaz və işıqdan sonra nəqliyyatda qiymət qalxacaqmı? – Rəsmi qurumlardan CAVAB

Xəbər verildiyi kimi iki gün əvvəl Tarif Şurasının qərarı ilə təbii qazın və elektrik enerjisinin qiymətlərində növbəti bahalaşma oldu. Belə ki, noyabrın 1-dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək.
Noyabrın 1-dən isə 1200 kubmetrə görə əhali 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək. Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpik deyil, 25 qəpikdən hesablanacaq. Tarif Şurasının iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair məsələyə də baxılıb.
Belə ki, qeyri-əhali üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik, xidmət və ticarət sahələri üzrə isə 2 qəpik artırılaraq 11 qəpik səviyyəsində müəyyən olunub.
Bəllidir ki, qazın qiymət artımı elektrik enerjisinin də avtomatik bahalaşması ilə nəticələnib. Çünki hazırda elektrik stansiyaların 85 faizi qazla işləyir. Növbəti mərhələdə isə nəqliyyat xərclərinin artması səbəbindən gediş haqqının bahalaşacağı gözlənilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri, Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü Nuridə Allahyarovanın sözlərinə görə şəhərlərarası və rayonlararası sərnişindaşımanın tarifləri ilə bağlı Tarif Şurasına konkret təklif verilməyib:
“Müraciət olunub olunmayacağı hələlik məlum deyil. Hazırda belə bir təklif yoxdur”, - deyə qurum rəsmisi əlavə edib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə qurum rəhbərliyi ilə məsələni dəqiqləşdirəndən sonra mövqe açıqlayacağını deyib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












