Qazax sakinlərində narkotik və silah aşkar edilib - FOTO

Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, məlumat ilə əlaqədar polis əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və Ş. Məmmədov şətri alıcıya narkotik vasitə satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 8 ədəd kibrit qutusunda olan marixuana aşkar edilərək götürülüb.
RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Ceyhun Yahyayev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin, metamfetamin, marixuana, güclü təsiredici gücə malik psixotrop həblər, şpirslər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Keçirilən növbəti əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazsində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd makarov tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.




Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












