Qazaxıstan “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının ərazisini genişləndirir

Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi “Aktau Dəniz Limanı” xüsusi iqtisadi zonasının (XİZ) ərazisinin genişləndirilməsi ilə bağlı layihəni açıqlayıb.
Avtosfer.az xəbər verir ki, sənəd Mangistau vilayətinin nəqliyyat-logistika potensialının inkişafı üçün əlavə torpaq sahələrinin xüsusi iqtisadi zonanın tərkibinə daxil edilməsini nəzərdə tutur.
Layihəyə uyğun olaraq, “Aktau Dəniz Limanı” XİZ-in ərazisinin Munayli rayonunun sənaye zonasındakı 187 hektar torpaq sahəsi, həmçinin “Yersay Kaspian Kontraktor” MMC-yə məxsus 382,614.8 hektar ərazi hesabına genişləndirilməsi planlaşdırılır. Genişləndirmənin ümumi sahəsi 569,614.8 hektar təşkil edəcək.
Xüsusi iqtisadi zonanın ərazisinin genişləndirilməsi Qazaxıstanın dəniz donanmasının, gəmiqayırma və gəmi təmiri sahələrinin inkişafına, tranzit və ixrac yükdaşımalarının həcminin artırılmasına, eləcə də liman xidmətlərinin spektrinin genişləndirilməsinə və keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












