Qazaxıstan Kurık və Ələt limanları arasında 6 yeni bərə istismara verəcək

Gələn ildən etibarən Kurık və Ələt limanları arasında altı bərənin istismara verilməsi planlaşdırılır. Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə Mangistau vilayətinin icra hakimi Nurdaulet Kılıbay məlumat verib.
Onun sözlərinə görə, layihə Qazaxıstanın bərə donanmasının formalaşdırılmasına, yük dövriyyəsinin artırılmasına və dəniz gəmiçiliyinin inkişafına töhfə verəcək.
“Hazırda iki bərə artıq Xəzər dənizi akvatoriyasına daxil olub. Onlar 2026-cı ilin birinci yarısında xəttə buraxılacaq. Sonrakı mərhələdə hər il iki bərə əlavə olunacaq və 2028-ci ilə qədər bütün altı gəmi tam şəkildə fəaliyyət göstərəcək”, – deyə vilayət rəhbəri bildirib.
Qeyd edilib ki, bu il Mangistau vilayəti ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 20 faiz artaraq 2,5 milyon tona çatıb. “Semurg Invest” şirkəti 2027-ci ilə qədər donanmasını altı gəmiyə qədər genişləndirməyi planlaşdırır. Cari ildə yükqaldırma qabiliyyəti 7 min ton olan bir gəmi xəttə çıxarılıb.
2026-cı ildə vilayətdə yeni dəniz limanının tikintisinə başlanılması nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












