Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması qadağan edilib

Qazaxıstanda neft məhsullarının avtomobillə daşınması yenidən altı ay müddətinə qadağan edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika, Daxili İşlər, Maliyyə nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi birgə sənəd imzalayıb.
Sənədə əsasən, Qazaxıstan ərazisində sürtkü yağları istisna olmaqla benzin, dizel yanacağı və digər neft məhsullarının avtomobil nəqliyyatı vasitəsi ilə daşınması altı ay müddətinə qadağan olunub.
Qeyd olunub ki, sənəd iyulun 12-də qüvvəyə minəcək.
Məlumata görə, analoji qadağa bundan əvvəl də ötən ilin noyabrından etibarən qüvvədə olub.
Energetika Nazirliyi qadağanın səbəbinə aydınlıq gətirərək bildirib ki, Rusiya, Özbəkistan və Qırğızıstanda benzin və dizel yanacağının pərakəndə satış qiyməti Qazaxıstandakından bahadır. Qeyd olunub ki, bu, Qazaxıstandan həmin ölkələrin sərhədyanı bölgələrinə yanacağın daşınmasına səbəb olur.
“Report”
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











