Qazaxıstanın Orta Dəhliz boyu dəniz daşımalarında rekord artım qeydə alınıb

Cari ilin ilk yeddi ayı ərzində Qazaxıstanda dəniz və sahilyanı nəqliyyatla yük və baqaj daşımalarının həcmi 1,6 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Avtosfer.az “Azərtac”a istinadən verdiyi məlumata görə, bu həcm son beş ilin göstəricilərini üstələyib.
Dəniz və sahilyanı nəqliyyatla yük daşımalarının həcmindəki əhəmiyyətli artım, digər amillərlə yanaşı, Çindən Avropaya gedən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) hesabına təmin edilib. Bu marşrut boyu həm dəmir yolu, həm də dəniz nəqliyyatı istifadə olunur. Xüsusilə, Qazaxıstanda TBNM-in dəniz yolunu Kurık və Aktau limanları təmin edir.
Həmçinin bildirilir ki, 2025-ci ildə Aktau dəniz limanı ərazisində konteyner habı istifadəyə veriləcək.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












