Qazın qiymətilə bağlı “Azəriqaz”dan AÇIQLAMA

“Əhali istehlak etdiyi hər kubmetr qaza görə 10 qəpik ödəyirdisə, yeni tarifə görə 12 qəpik ödəyəcək”.
Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə sahibkarlar əvvəl qazın tariflərlə 20 qəpik ödəyirdisə, indi isə 22 qəpik ödəməli olacaqlar. Burada söhbət 2 qəpik artımdan gedir.
Bu da “Azəriqaz” İstehsalat Birliyinin daha rentabelli çalışmasına hesablanıb. Dünya bazarında da qazın qiymətinin artımı məcbur edir ki, birlik daha rentabelli işləsin”.
O qeyd edib ki, əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












